Meyvə şirələri ürək xəstəlikləri yaradır

Meyvə şirəsi içmək o qədər də faydalı deyil. Alimlər müəyyən ediblər ki, daim meyvə şirəsi içən insanlarda qan təzyiqi daha çoxdur nəinki gec-gec və yaxud heç içməyən insanlarda.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Meyvə şirələrin tərkibində olan yüksək şəkər ürək-damar xəstəliyini yaradır və təzyiqi artırır.
Tədqiqatların nəticələri onu göstərir ki, təzyiqi olan insanlar meyvə şirələrindən içərkən ürək tutmalarının sayı bir neçə dəfə artır. Alimlər bildirirlər ki, bu şirələrin ürək və təzyiqə olan ziyanları, onların tərkibində olan vitaminlərin sayından çoxdur. Bundan əlavə, ingiltərə həkimləri təbii şirələrin şəkər xəstəliyi və piylənmə yaratdığını bildirirlər.
250 ml meyvə şirəsində 115 kalori mövcuddur, bu isə 7 qaşıq şəkər tozuna bərabərdir.  //