Ümidini itirmək istəməyən, qüdrət və izzət istəyən bu surəni oxusun

 “Zümrә” sözünün cәm fоrmаsı olan “Zumәr” sözü zümrələr, dәstәlәr, qruplаr mәnаsının dаşıyır. “Dәstә-dәstә” mәnаsını vеrәn “zumәr” kәlmәsi Qurаndа cәmi iki dәfә – “Zumәr” surәsinin 71-ci və 73-cü аyәlәrindә işlәdilmişdir
 
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَنْ قَرَاَ سُورَهَ الزُّمَرِ لَمْ یَقْطَعِ اللَّهُ رَجَاهُ وَ اَعْطَاهُ ثَوَابَ الْخَائِفِینَ الَّذِینَ خَافُوا الله تعالى
 
“Zumər surəsini oxuyanın Allah-Taala ümidini üzməz və ona Allah-Taaladan qorxanların savabını əta edər.”
 
2. İmam Sadiq (ə) buyurmuşdur:
 
مَنْ قَرَاَ سُورَهَ الزُّمَرِ اَعْطاهُ اللّهُ مِنْ شَرَفِ الدُّنْیا وَ الْآخِرَهِ وَ اَعَزَّهُ بِلامال وَ لاعَشِیْرَه، حَتّى یَهابَهُ مَنْ یَراهُ وَ حَرَّمَ جَسَدَهُ عَلَى النّارِ
 
“Zumər surəsini tilavət edənə Allah-Taala dünya və axirət şərəfi əta edər, mal və tayfası olmadan qüdrət və izzət bəxş edər; belə ki, onun zəhmi-heybəti görənləri bürüyər və onun bədənini cəhənnəm oduna haram edər.” (“Məcməul-bəyan”, “Zumər” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 19-cu cild, səh.362.)
 
(Maide.az)