Mikrosoft şirkəti gözlənilmədən Windows mobil propqramını yeniləyib

Bu “ölü” proqram sayılırdı və artıq “dəfn” olunduğu elan edilmişdi.
 
Maide.Az "RİA Novosti"ə istinadla xəbər verir ki,  Mikrosoft şikəti istifadəyə buraxdığı yeni proqram vasitəsilə yenilənmə verildikdə bu proqram yenidən “cana gələcək”.  
 
KB4522811 nömrəsi altında kodlaşdırılan əməliyyat sistemi Windows App Platform, Microsoft Graphics Component, Windows Input and Composition, Windows Fundamentals, Windows Cryptography и Windows Virtualization, Microsoft Edge brauzerinin və bir sıra digər servislərin işlərini asanlaşdıracaq.
 
Güman edilir ki bu yeniləmə dekabrın 10-da vaxtı başa çatan Windows 10 Mobil üçün sonuncu əməliyyat sistemi olacaq.
 
Bu tarixdən etibarən şirkət təhlükəsizlik sistemi üçün yenilənmələrin mobil sistemlərin müntəzəm yenilənmə paketlərinin istehsalını dayandıracaq. 
 
Bir qədər əvvəl Mikrosoft xəbər vermişdi ki Windows smartfonlar üçün nəzərdə tutulan əlavə proqramlar müəyyən müddətdən sonra fəaliyyətini dayandıracaq.