Misirdə `Milyonluq qəzəb` çağırışı

Misirin devrilmiş lideri Hüsni Mübarək üçün şənbə günü keçirilən məhkəmə iclasında çıxan qərar çevriliş əleyhdarlarının qəzəbinə səbəb olub. Dövlət Çevrilişinə Rədd və Legitimliyə Dəstək üçün Milli İttifaq Mübarəklə bağlı verilən qərara etiraz üçün aksiyaya çağırış edib.
 
Maide.az xəbər verir ki, "Milli İttifaqdan"dan verilən yazılı açıqlamada, "Şəhidlərin haqqını qorumaq, devrilmiş lider Hüsni Mübarəkin və müavinlərinin bəraət qərarına qarşı çıxmaq, hədəflərə çatmaq və 25 Yanvar İnqilabının başa çatdırılması üçün sabah bütün azadlıq meydanlarında "Milyonluq qəzəb" adı altında aksiyaya dəvət edirik. Misir xalqını 25 Yanvardan bu yana can verən şəhidlərin hüquqlarını qorumaq üçün vicdanlarını oyatmağa, inqilab ruhunu canlandırmağa çağırırıq", - deyilir.