İmmunitetin zәiflәnmәsi xәrçәngә sәbәb ola bilәr. Bunu hamı bilmәlidir

Hamı bilir ki, immun sistemi insanları infeksiyalardan, mikroblardan vә s. ziyanlı agentlәrdәn
qoruyur.
Lakin immun sistemimiz bizi orqanizmdә daim әmәlә gәlәn xәrçәng hüceyrәlәrdәn dә qoruyur.
İnsan orqanizmindә hüceyrәlәr daim ölür vә yenilәri ilә әvәz olunur. Bәzәn bu prosesdә pozulma  yaranır ki, normal hüceyrәnin әvәzinә "xarab", "keyfiyyәtsiz", öz funksiyasını yetirә bilmәyәn hüceyrә әmәlә gәlir. Bu xәrçәng hüceyrәsidir. İmmun sistemimiz bu hüceyrәni dәrhal tapır vә
mәhv edir. Belәliklә, insan orqanizmindә hәr gün xәrçәng hüceyrәlәri yaranır vә immun sistemi tәrәfindәn mәhv olunur. Nәticәdә insanda xәrçәng xәstәliyi inkişaf etmir.
Lakin müxtәlif sәbәblәrә görә (stress, xroniki xәstәliklәr, düzgün olmayan qidalanma, aclıq, hәddindәn artıq yorğunluq vә s.) insanın immun sistemi zәiflәyә bilәr. Nәticәdә immun sistemi daha "lәng" işlәyir , xәrçәng hüceyrәlәri vaxtında tapmır vә mәhv etmir ki, onlar çoxalmağa
başlayır. Bu isә, tәәssüf ki, orqanizmdә xәrçәng şişin әmәlә gәlmәsinә sәbәb olur. Araşdırmalar sübut edir ki, bir çox hallarda xәrçәng xәstәliyi mәhz immun sisteminin zәiflәnmәsi fonunda inkişaf edir. Bu sәbәbdәn immunitetin zәiflәnmәsi xәrçәng xәstәliklәrinin әsas risk
faktorlarından biri sayılır.
Belәliklә, özünü xәrçәng xәstәliklәrdәn qorumaq istәyәn insan ilk növbdә öz immun sistemini daim yüksәk sәviyyәdә saxlamağa çalışmalıdır. Bu kifayәt qәdәr asandır. Bunun üçün düzgün qidalanmaq, kifayәt qәdәr yatmaq vә dincәlmәk, hәddindәn artıq yorulmamaq, fiziki aktiv olmaq, streslәrdәn uzaq durmaq, orqanizmdә olan infeksiya ocaqlarını vaxtında müalicә etmәk lazımdır. saglamolun /