Moldovada əhali küçəyə axışdı-Video

Avropanın ən kasıb ölkəsi olan Moldovada minlərlə insan erkən seçim tələbi ilə etiraz aksiyası keçirib.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “euronews” telekanalında yayımlanıb. 
Paytaxt Kişinyevdə təşkil olunan etiraz aksiyasına 40 mindən çox insanın qatıldığı bildirilib. 
Maliyyə bazarında təxminən 1 milyard dollar itkiyə səbəb olan faktorları pisləyən mitinq iştirakçıları dövlət rəhbərini də istefaya dəvət edib. 
Qeyd edək ki, nümayişçilər həm də erkən seçkinin olmasını tələb edib. /