Moskva meri rusları Azərbaycan məhsulları ilə sakitləşdirdi

"Moskvada ərzaq böhranı ola bilməz!" bunu yerli telekanala açıqlamasında Sergey Sobyanin deyib.

“Moskvada ərzaq böhranı təhlükəsi ola bilməz, - Moskvanın meri bildirib. - Əgər bu 25 il öncə olsaydı, bu həqiqətən problem olardı. Biz indi tamamən fərqli vəziyyətdə yaşayırıq – açıq bazar, minlərlə təklif. Qorxulu heç bir şey yoxdur, bir müddət sonra hər şey qaydasına düşəcək”.
 
Xatırladaq ki, Qərb ölkələrinin sanksiyalarına qarşı Rusiyanın cavab olaraq Qərb ölkələrindən ərzağın gətirilməsi qadağan edildi. Onlarla ərzaq malına embarqo qoyuldu. Və baxmayaraq ki, bu qərar bəzi iqtisadiyatçılar tərəfindən yerli istehsalın inkişafı üçün pozitiv kimi qəbul edilir, son halda istehlakçı əziyyət çəkir. Müəyyən ərzaqların (əsasən ət və balıq məhsulları) qiymətləri sürətlə artır. Bəzi hallarda isə ümumiyyətlə paytaxt mağazalarının piştaxtalarından yığışdırılması müşahidə edilib.
 
Sobyaninin sözlərinə görə, bu böhranı Rusiya regionlarından və yaxın xarici ölkələrdən olan istehsalçılar aradan qaldıracaq. Hal-hazırda Belarusiya, Erməistan, Azərbaycan, Qazaxıstan və Türkiyə kənd təssərrüfatı istehsalçıları ilə artıq müqavilələr bağlamaq üçün danışıqlar aparılır: “Bundan başqa biz aqroklaster – yeni tipli lojistik mərkəzin yaradılmasını sürətləndirmişik. Mən hesab edirəm ki, Moskvada üç-dörd buna bənzər aqroklaster yaratmaq lazımdır və onda Moskvanın topdansatış bazarı tamamən başqa cür olacaq".
 
Aqroklasterlər istehsalçılara vasitəçisiz öz məhsullarını kiçik topdansatış alıcıarı üçün realizə etmək imkanı yaradır. İdeyaya görə, bu ərzaq mallarının qiymətinin enməsinə gətirib çıxarmalıdır”.