Müsəlman taksi sürücüsü maşında qalan 70 min avronu sahibinə qaytarıb

Polşadan Tehrana gələn ailə taksidə 70 min avro pulunu unudub. 
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, Əli Həsən Zəfəri adlı sürücü apardığı sərnişinləri xeyli axtarmalı olub. Onları tapa bilmədikdə vicdanlı sürücü maşında qalan çantanı götürüb  Polşanın Tehrandakı səfirliyinə gedib və pulu oraya təhvil verib. 
 
Sürücünün bu hərəkətini yüksək qiymətləndirilib. Tehran şəhərinin meri Piruz Hənaçı  sürücüyə medal və pul mükafatı verib.