İmtahanların vaxtı bilindi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 23 yanvar 2015-ci ildə imzaladığı 4/İ № əmri ilə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahan və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiq edib.
 
Maide.az-ın Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:Ərizə qəbulu 03-12 fevral, Qəbul imtahanı I mərhələ 22 fevral, Proqram seçimi 01-10 aprel, Qəbul imtahanı II mərhələ 26 aprel, İxtisaslaşma seçimi 07-12 may, Boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyunda olacaq.
 
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
 
Ərizə qəbulu 16-23 fevral
 
Qəbul imtahanı I mərhələ 15 mart
 
Qəbul imtahanı II mərhələ 07 iyul
 
İxtisaslaşma seçimi 10-14 iyul
 
Boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul
 
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
 
05, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.
 
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaqdır.