Bu gün İranın paytaxtı Tehranda və ölkənin 850 şəhərində Ümumdünya Qüds günü münasibəti ilə geniş miqyaslı mitinqlər keçirilib.
Maide.Az xəbər verir ki, bu gün paytaxt Tehran və digər şəhərlərdə oruc tutmuş kütlə yerli vaxtla saat 10:30 radələrindən başlayacaq mitinqdə iştirak etmək üçün bir neçə saat öncədən küçələrə axışıb. Havanın 42 dərəcə isti olmasına baxmayaraq insanlar məzlum Fələstin xalqına dəstəklərini nümayiş etdirmək və İsrail rejiminə ölüm şüarlarını fəryad etmək üçün küçələrə çıxıb. Mitinqdə İran İslam Respublikasının prezidenti, xarici işər naziri və digər rəsmi şəxsləri də iştirak edib.
Mitinq iştirakçıları əllərində “Qüds bizimdir” , “Sionist rejim gələn 25 ili görməyəcək”, “Ali Rəhbərin əmrinə tabeyik” və digər şüarlar yazılmış plakartlar daşıyıblar. Mitinq iştirakçıları həmçinin Sionist rejim başçılarının karikaturlarını əllərində daşıyıblar.
Qeyd edək ki, Qeyd edək ki, İlk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir.