Nardaranda Xanım Zeynəbin (s.ə) mövlud mərasimi keçrildi - FOTO

Bildiyimiz kimi Cəmadiyəl-əvvəl ayının 5-də İslam Peyğəmbərinin (s) əziz nəvəsi, İmam Əlinin (ə) və Həzrət Zəhranın (s.ə) qızı, Kərbəlanın böyük qəhrəmanı Zeynəbi-Kübranın (s.ə) mübarək mövlud günüdür. Bu münasibətlə, Nardaran qəsəbəsindəki Xanım Zeynəb meydanında Xanım Zeynəbin (s.ə) mübarək mövlüd mərasimi keçrilib.
 
Tədbirə Nardaran sakinləri ilə bərabər ətraf qəsəbə və kəndlərdən, o cümlədən ölkəmizin müxtəlif məntəqələrindən qonaqlar qatılıb.
 
Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavəti ilə açılıb. Daha sonra çıxış edən ilahiyyatçı alim Hacı Şeyx Fədai (Hacı Nuhbala) çıxış edərək, mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (ə.f) əziz mövlud münasibətilə təbrik edib.
 
Mövlud mərasimində Nardaran kəndinin dəyərli ruhani-alimləri Əli Nur, Əlihüseyn Nuriyev də iştirak edərək Zeynəbi-Kübranın (s.ə.) həyatından və onun mübarizəsindən bəhs edən xütbələr ediblər.
 
Daha sonra mübarək mövlud mərasimi böyük Əhli-beyt məddahı Hacı Yaşar Cahidin rəhbərliyi ilə "Əhli-beyt məddahları" ilahilər qrupuna həvalə edilib. 
 
Mövlud tədbiri "Fərəc" duasının oxunması ilə başa çatıb.
 
 
 
 
 
 
 
nardaranpiri.com