Nazirlik turistlərə və turizm obyektlərinin sahiblərinə xəbərdarlıq edib

Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edib.
 
Nazirlikdən verilən məlumata görə, son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur: “Bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərdən müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur”.
 
Xəbərdarlıqda turizm obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsi və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur.