Üçüncü Müqavimət Hərəkatı başladı! (foto-video)

YENİ VİDEO
Bütün Fələstin ərazisində

 

İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara etiraz olaraq bu gündən bütün Fələstin torpaqlarına İsrail rejiminə qarşı Üçüncü Müqavimət Hərəkatı elan edilib. Bunu HƏMAS təşkilatının lideri İsmayıl Haniyyə elan edib.

Maide.az-;n Yaxın Şərq mətbuatına istinadən verdiyi xəbərə görə, Qüdsə doğru yürüş etmək üçün Rəmallahda toplaşan on minlərlə fələstinli Qalandiya məntəqəsində İsrail rejiminin hərbçiləri ilə ağır qarşıdurmalara başlayıb. İnsanlara qarşı avtomat güllələrindən istifadə edən İsrail rejiminin hərbçilərinin insanlara müdaxiləsi zamanı 2 nəfər həlak olub, 152 nəfər isə xəsarət alıb. Səhiyyə Nazirliyinin Rəmallah sözcüsü Osama Nəccar isə xəstəxanaya 250 nəfər xəsarət alanın gətirildiyini bildirib və onların gerçək mərmi ilə vurulduğunu açıqlayıb. Ölənlərin Muhəmməd Sifayn və Muhəmməd Arac adlı fələstinlilər olduğu bildirilib.

İsrail rejimi Əl-Əqsa məscidinə doğru axın edən fələstinlilərin qarşısını almaq üçün gerçək və plastic mərmilərdən istifadə edir. İsrail rejiminin hərbçilərinin Əl-Əqsada namaz qılan insanlara da atəş açdığı bildirilir. Yerli müxbirlərin məlumatına görə, İsrail rejimi indiyə qədər heç bir zaman fələstinlilərə qarşı bu qədər güc tətbiq etməyib.

Hazırda Fələstinin bütün şəhərlərində, o cümlədən Qalandiya, Qüds, Rəmallah, Tulkarem, Bethlem, Nablusda İsrail rejiminin hərbçilərinə qarşı ağır müqavimət davam edir. Həmin şəhərlərin əhalisi Qəzzaya doğru yürüş etdiklərini bəyan edib.

Qərbi Şəriyədə də bütün fələstinlilər ayağa qalxıb. Fələstinin aparıcı siyasi partiyaları insanları bu gündən etibarən küçələrə çıxmağa çağırıb.