Neftin qiyməti bahalaşıb

 Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,46 dollar bahalaşaraq   1 barelə görə 103,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,42 dollar bahalaşaraq 108,31 dollar olub.