Nepalda zəlzələ qurbanlarının sayı 3218-ə çatıb (YENİLƏNİB)

Nepalda baş verən zəlzələ qurbanlarının sayı 3218-ə çatıb. Trend-in məlumatına görə, bu barədə Frans Press agentliyinin yaydığı son məlumatda bildirilir.
 
Qeyd edək ki, bundan öncə açıqlanan məlumatda Nepalda baş verən zəlzələ nəticəsində həlak olanların sayının 2350 olduğu qeyd olunub.
 
7,9 bal gücündə baş verən zəlzələ aprelin 25-də yerli vaxtla saat 06:11-də qeydə alınıb./