Netanyahu beş saatlıq atəşkəs təklifinə cavab vermədi

Həmas Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk sionist rejimin baş naziri Binyamin Netanyahunun BMT-nin İsrail ilə Qəzza arasında beş saatlıq atəşkəs təklifinə hələ cavab vermədiyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Əbu Musa Twitter hesabından verdiyi açıqlamada BMT-nin gün ərzində yerli vaxtla 10:00-15:00 arasında tərəflər arasında atəşkəs edilməsi istiqamətindəki təklifindən yazaraq, "İsrail sözügedən təklifə bu ana qədər cavab verməyib. Netanyahu bütün atəşkəs təkliflərini açıqlayacağını söyləmirdimi?" deyir.
 Lakin buna baxmayaraq,  "RT" saytının  məlumatın görə, Fələstinin müqavimət hərəkatı HƏMAS ilə sionist rejim arasında 5 saatlıq humnaitar atəşkəsin əldə olunub. İşğalçı israil rejimi bu məlumatı təsdiq etməsdə, təkzibdə etməyib. 

Atəşkəsin Bakı vaxtı ilə 12:00 da başlanması gözlənilir.

Qeyd edək ki, ötən günlər ərzində Qəzzada şəhid olanların sayı 583 nəfərə çatıb. Onlardan 154 nəfərdən çoxu uşaq, 58 qadın və 28 yaşlıdır.  Yaralıların sayı isə 3640 nəfər olub.

 Ötən gecəki hücumlar zamanı Qəzzada 3 məscid partladılıb.