Netanyahu Qərb İordandan olan fələstinliləri sürgün etmək istəyir

İsrail Baş Naziri Netanyahu, "cinayətə qarışdığı" iddia edilən Qərbi İordan Fələstinlilərin ailələrini "Qəzzaya göndərməyi" planlaşdırır.
 
 İsrail Baş Naziri Binyamin Netanyahunun, "cinayətə qarışdığı" iddia edilən Fələstinlilərin ailələrini mühasirə altındakı Qəzzaya göndərməyi planlaşdırdığı bildirilib.
 
 İsrailin Yediot Ahronot qəzetində yer alan xəbərə görə, İsrail müdafiə naziri və hərbi rəsmilərlə dünən bir iclas edən Netanyahu, Fələstinlilərə qarşı "bəzi təhlükəsizlik tədbirləri" almağı nəzərdən keçirdi. Xəbərdə, "cinayətə qarışdığı iddia edilən Fələstinlilərin ailələrini mühasirə altındakı Qəzzaya göndərməyin də" bu tədbirlər arasında yer aldığı məlumatına yer verilib.
 
Netanyahunun sözçüsü Ofir Gendelman, "mövzu haqqında açıqlama verməyəcəyini" söyləyib.
 
Sionist hökuməti, "cinayətə qarışdığı" iddia edilən fələstinlilərin evlərinin dağıdılması, öldürülən fələstinlilərin cənazələrinin ailələrinə təslim edilməməsi, bu ailələrin İsraildə işləmək icazələrinin ləğv edilməsi, Şərqi Qüds və Qərbi İordanda əlavə hərbi nəzarət nöqtələri qurularaq axtarışların sıxlaşdırılması və fələstinlilərə qarşı aparılan nəzarət kampaniyasının fasiləsiz davam etməsi kimi bəzi qərarları həyata keçirmişdi.
 
Qeud edək ki, Netanyahunun Şərqi Qüdsün bəzi məhəllələrində yaşayan 80 min fələstinlini şəhərdən qovmağı düşündüyü ötən həftələrdə mətbuata əks olunmuşdu.