Niderlandda xəstəxananın qarşısına ‘Qurani-Kərim’dən ayə yazıldı.
Maide.Az "İQNA"-a istinadla xəbər verir ki, "Maidə" surəsinin 32-ci ayəsinin bir hissəsi Niderlandın paytaxtı Amsterdamdakı xəstəxana binasının qarşısındakı lövhədə yazılıb: "...Kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə), sanki bütün insanları diriltmişdir."
Bu lövhə koronavirusla mübarizədə aktiv olan tibb işçilərini təqdir etmək üçün asılıb.