Nigeriyada məscidi qana boyadılar

Maide.az xəbər verir ki, Nigeriyanın Kano şəhərində məsciddə həyata keçirilmiş terror aktının qurbanlarının sayı 120-yə çatıb. Daha 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Bir birinin ardınca üç partlayış dindarların cümə namazı üçün məsciddə toplaşdlğı zaman  baş verib. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
 
Xatırladaq ki, noyabrın 27-də Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş vermiş partlayış zamanı 40 nəfər, bir gün əvvəl isə bazarda törədilən terror aktı nəticəsində daha 45 nəfər həyatını itirmişdi.