Nyu-Yorkda hərəkət dayandı - FOTO

Nyu-Yorkun küçələrinə çıxan minlərlə etirazçı bir sıra küçələri bağlayıb.
 
"Trend"-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, etirazlar şəhərin mərkəzində avtomobil tıxacı yaradıb. Polis artıq 40 nəfəri həbs edib.
 
Xatırladaq ki, etirazlara səbəb məhkəmənin qanunsuz siqaret ticarətində şübhəli bilinən qaradərili Erik Qarneri saxlayarkən onu boğan polis əməkdaşı Daniel Pantaleonu məsuliyyətə cəlb etməmək qərarı olub.
 
Nyu-York polisi məlumat verib ki, Manhettenin mərkəzində hərəkəti bağlayan etirazçıları həbs etməyə başlayıb.
 
Analoji etirazlar dünən Vaşinqton və Oklend şəhərlərində də keçirilib.
 
Böyük Jürinin qaradərili vətəndaşı saxlayan zaman güc tətbiq edən polisə qarşı ittiham irəli sürməməyə qərar verdikdən sonra Nyu-Yorkda etiraz aksiyaları başlayıb.
 
Nyu-York küçələrinə çıxan yüzlərlə etirazçılar “Mən nəfəs ala bilmirəm” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyaları Vaşinqton və digər şəhərlərdə də keçirilir.
 
Qeyd edək ki, bu ilin iyul ayının 17-də Nyu-Yorkda 29 yaşlı polis Deniel Pantaleo qanunsuz siqaret satışına görə, 43 yaşlı qaradərili Erik Qarneri həbs etməyə cəhd edib. Polis 6 uşaq atası Erikə qarşı boğucu fənddən istifadə edib. Nəticədə isə piylənmə və astmadan əziyyət çəkən kişi boğulub.