Nyu-Yorkda keçirilən İran - `Altılıq` nüvə danışıqları nəticəsiz başa çatıb

İran və beynəlxalq vasitəçilərdən ibarət olan "Altılıq" ölkələrinin yeddinci tur nüvə danışıqları konkret irəliləyişlər olmadan başa çatıb.
 
Məlumata əsasən, tərəflər tezliklə növbəti danışıqlarına start verəcəklərini bəyan ediblər.
 
Qeyd edək ki, Nyu-Yorkda aparılan 10 günlük nüvə danışıqlarının sonunda İran və ABŞ xarici işlər nazirləri, habelə Avropa İttifaqının Ali komisarının üçtərəfli görüşü baş tutub.
 
Adının çəkilməsini istəməyən rəsmi ABŞ mənbələri bildiriblər ki, danışıqlarda hələ də ciddi ixtilaflı məqamlar həll edilmədən qalmaqdadır.Lakin Nyu-Yorkda səfərdə olan İran prezidenti Həsən Ruhani danışıqlarda cüzi irəliləyişlərin əldə edildiyini, tərəflərin şücaətli və qorxmaz qərarlar verəcəkləri təqdirdə yekun razılaşmanın əldə ediləcəyini qeyd edib.