ABŞ prezidenti Barak Obama Con Teftin namizədliyini ölkənin RF-də səfir vəzifəsinə təklif etdi
ABŞ prezidenti Barak Obama Rusiyada səfir olması üçün Con Teftin namizədliyini irəli sürüb. Teffe daha əvvəl amerikanın Ukraynada, Litvada və Gürcüstanda olan səfirliklərinə başçılıq edib.
ANS-in məlumatına görə, bundan sonra gələcək səfirin təsdiqini senat verməlidir.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Teftin gəlişinə ölkəsinin aqreman (razılıq) verdiyini bildirmişdi.
Qeyd edək ki, ABŞ-nin Rusiyada səfir vəzifəsi bu ilin fevralından bəri boşdur.
Xatırladaq ki, Con Teft 2009-cu ilin axırlarından 2013-cü ilin avqustuna dək ABŞ-nin Ukrayndakı səfiri vəzifəsində çalışılb.