OPEK-in kritik iclasında razılıq ola bilərmi?

 

OPEC və Rusiyanın rəhbərlik etdiyi ölkələrdən ibarət olan OPEC+ təşkilatından üç mənbə, ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla böyük neft istehsalçılarının cümə axşamı görüşündə iştirak etməsi şərti ilə hasilatın azaldılması ilə bağlı razılaşma ehtimalının olduğunu söyləyib.
 
Dünyada neftə olan tələbat koronavirus səbəbiylə təxminən 30% və ya gündə təxminən 30 milyon barel azaldığı bir vaxtda, Səudiyyə Ərəbistanı və Rusiya bazara neft tədarükünü davam etdirdilər.
 
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC və Rusiyanın rəhbərlik etdiyi ölkələr tərəfindən yaradılan OPEC+, keçən həftə bazar sarsıldıqdan sonra hasilatın azaldılmasını müzakirə etməyə başladı, eyni zamanda OPEK-ə daxil olmayan ölkələrin, xüsusilə ABŞ-ın da hasilatın azaldılmasında iştirak etmələrini istəyirlər.
İki OPEC mənbəsi görüşün video konfrans vasitəsilə cümə axşamı günü olacağını bildirib.
 
ABŞ prezidenti Donald Tramp razılaşma ilə qlobal neft tədarükünün 10-15% azaldılacağını söyləyib, lakin ABŞ-ın bu razılaşmanın bir hissəsi olacağına dair söz verməyib./Hüriyyət