İordaniya hökuməti: “İsrailin Məscidi-Əqsaya qarşı hücumlarına səssiz qalmayacağıq”

İordaniya informasiya naziri və hökumət sözçüsü Məhəmməd əl-Momeni İsrailin Fələstinə qarşı təcavüzü haqqında danışıb.
Maide.az xəbər verir ki, əl-Momeni təcavüzçü sionist rejimin 50 yaşdan aşağı müsəlmanların Məscidi-Əqsaya girişinə qadağa qoymasını qınayıb.
Momeni İsrailin provakativ hərəkətləri nəticəsində dini müharibə çıxacağı haqqında xəbərdarlıq da edib:
“İordaniya höküməti heç bir müsəlmnanın qəbul etməyəcəyi hərəkətə görə İsrailə xəbərdarlıq edir. Buna səssiz qalmayacağımızı bilsinlər”.
Məscidi-Əqsanın zaman və məkan baxımında bölünməsinin qəbuledilməz olduğunu deyən əl-Momeni sözlərinə əlavə edib ki, İsrailin təcavüzləri bölgəni müharibənin içinə çəkir:
“İsrail 1,7 milyard müsəlmanın hissləri ilə oynayır və radikalları istədiklərini edə biləcəyi bir şərait hazırlayır. İsrail təcavüzlərinə son qoymasa bütün hüquqi və dioplamatik tədbirlər alınacaq”. /