İordaniya işğalçı İsraili sərt tənqid edib

Yüzlərlə ifratçı yəhudi qəsəbə sakininin Məscidül-Əqsaya soxulmasının ardınca  İordaniya hökuməti  işğalçı İsrail rejimini sərt tənqid edib. 
 
Maide.Az xəbər verir ki,  İordaniya kralı II Abdulla bazar ertəsi “Əl-Dəstur” qəzetinə müsahibəsinə  müsahibəsində  “işğalçı İsrail rejiminin və ifratçı qrupların davamlı təxribatlar törətməsini Beytül-Müqəddəsin şərqindəki  möcud durumu dəyişmək üçün açıq çalışması” adlandırıb və bu hərəkətləri pisləyib.  “Biz Məscdül-Əqsa qarşısında öz tarixi və dini öhdəliyimizi yerinə yetirəcəyik.”
 
İordaniya Krallığın Vəqflər və islam məbədləri üzrə naziri Vail Wael Arabiyat da  ifratçı sionistlərin Məscüdül-Əqsaya hücumunu pisləyib. “İfratçı  qəsəbə sakinlərinin  Məscüdül-Əqsaya hücumları davam  edərsə  bu hərəkətlər  bölgədə məzhəblərarası müharibə ilə nəticələnə bilər”. 
 
O Məscidül-Əqsada  müsəlman namaz qılanların həbsi və onların döyülməsini sərt tənqid edib. 
 
Qeyd edək ki, Fransa xəbər agentliyinin məlumatına görə, ötən gün  400 ifratçı sionist işğalçı rejim əsgərlərinin dəstəyi ilə Məscüdül-Əqsaya hücum ediblər.