O təcavüzkarlar belə təlim keçib - FOTO

Fransanın paytaxtı Parisdə bir marketdə baş verən əsir aktını həyata keçirən təcavüzkarların təlim görüntüləri ortaya çıxdı.
 
Maide.az-ın məlumatına görə, Parisdə "Çarli Hebdo" jurnalına qarşı keçirilən və 12 nəfərin öldürüldüyü hücumdan sonra bir marketdə girov aktı baş vermişdi. Amedy Coulibaly adlı təcavüzkar öldürülərkən, girov saxladığı şəxslərdən dördü də ölü tapılmışdı.
 
Coulibalynin "Çarli Hebdo" jurnalına hücum təşkil edən insanlarla əlaqəsi ortaya çıxıb.
 
Aktı həyata keçirən ər-arvadın təlim keçdiyi düşərgədə çəkdirdiyi fotolar Fransa mətbuatında yer alıb.