Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

Paytaxtın şimal girişindəki “20 Yanvar” yol ötürücü qovşağı tikiləndə yəqin ki, çoxumuz buradakı hərəkət sıxlığının azalaca]ını, tıxacların geridə qalacağını və sairəni düşünmüşdük. Lakin uzun müddətə və xeyli maliyyə vəsaitinə tikilən bu qovşaq indi də keşməkeşləri ilə vətəndaşların kabusuna çevrilib. Səhər açılandan gecəyə kimi 20 Yanvar dairəsində çox az halda boşluq olur, gün uzunu burada əsasən tıxac olur. Elə isə nə etməli? Bu qovşaq niyə salındı? İndi onu söküb yenidən tikməlimi, yoxsa başqa bir çıxış yolu da var?
 
Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qovşaqla bağlı ciddi problemlər var, lakin onun təzədən tikilməsi mümkün deyil. “Misal üçün yaxşı olardı ki, körpüdən sola qanad verilsin, Ziya Bunyadov prospektinə gedənlər körpünün üstündən buraya istiqamətləndirilsin. Bu olardı əla, amma bunun üçün gərək nəyisə sökək, nəyisə tikək. Siz qovşağa diqqətlə baxsanız, orada göylə körpü gedir, üstəgəl onun altında 6 istiqamətdən hərəkət hissələri kəsişir; Şamaxinka, Sumqayıt, Əcəmi istiqamətində müxtəlif bucaq altında 2 yol açılır, “Mikrorayon” dairəsi, digər tərəfən də Tibilisi, yuxarı tərəfdən Zərdabi küçəsi və sair. Burada əsas narahatlıq yaradan məqam budur ki, bu dairə şəhərin şimal girişindən demək olar ki, yeganə yoldur. Z.Bwnyadov prospekti kimi burada da intensiv hərəkət axınlarının kəsişdiyi yerdir. Z.Bunyadov, hələ üstəgəl özü də hərəkətli olan Tbilisi prospekti, üstəgəl Zərdabi küçəsi və hətta üstəgəl burada metro stansiyası da vardır. Bura sərnişin axını baxımından ən böyük nəqliyyat qovşaqlarımızdandır, ona görə də burada həmişə sıxlıq olur”.
 
Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

20 Yanvar metro stansiyasının “Velotrek” çıxışından çıxarkən öyrəşdiyimiz “Sumqayıta 1 manatdan”, “Saray yolu ilə 1 nəfər”, “Saraya 2 nəfər” və sair çağırışlar gəlir. Lakin bayıra çıxanda əvvəlki kimi taksilərin burada dayandığını görmürük. Sürücülərdən “bəs maşınlarınız haradadır” deyə soruşuruq. “Artıq burada maşın saxlamağa icazə vermirlər. Deyirlər ki, guya burada tıxacın yaranmasına səbəb oluruq. Amma siz də bir baxın, indi ki, taksilər burada (Velotrekin qarşısından Sumqayıta gedən istiqamətdə keçidin üzərində, - Ə.Ə.) saxlamayıb, bəs niyə dairədə yenə tıxacdır?”, - taksi sürücülərindən digəri gileylənir. Onun sözündən sonra yol qovşağının əsas dairəsinə bir də nəzər salırıq. Həqiqətən də yenə tıxac vardı və sual haqlı verilmiş sual idi.
 
Hiss olunurdu ki, sürücülərin əksəriyyətinin ürəyi dolu olsa da, danışmaqdan çəkinirdilər. Bunun səbəbinin isə onlardan biri açıq-aşkar belə izah edir: “Qardaş, nə danışsınlar, nəsə deyəcəklər, sabah gəlib tutub aparacaqlar. Nə desinlər?! Hamısı cavan uşaqlardı, iş-güc yoxdur, batıb gedirlər. Bura heçkəs kefindən gəlib işləməz”.
 
Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

Sürücülərdən ayrılırıq. Amma onlardan bəziləri də etiraf edir ki, bəzən həmin ərazidə maşınları 1-1, 2-2 deyil, hətta bəzən 3-3, 4-4  saxlamaları da tıxacın yaranmasına səbəb olur. Qısası, taksilərin ərazidən kənarlaşdırılmasına baxmayaraq qovşaqda tıxac qalmaqda davam edir. Bəs görəsən vəziyyətdən çıxış yolu nədir?
 
Ekspert Ə.Hüseynov da hesab edir ki, buradakı bu sıxlığı aradan qaldırmaq üçün 20 Yanvar dairəsinin  çevrə  yollarında saxlanılan maşınlar  mütləq yığışdırılmalıdır.
“Sıxlığı əsasən Sumqayıt istiqamətinə gedəndə Şamaxinkada 2-2, bəzən 3-3, 4-4 saxlanılan maşınlar yaradır. Orada elə vəziyyət yaranır ki, heç cür keçmək də mümkün olmur. Tıxacı yaradan ən böyük amil budur. Qovşaq özü də zatən mürəkkəbdir, xeyli küçə bu dairəyə çıxır. Körpülərin tikilməsi məntiqinə əsasən, vaxtilə bu körpünü elə-belə oxla tikmək düzgün deyildi. Misal üçün, bu körpü şaxəli körpü olsaydı, daha səmərəli olardı. İndi artıq belə tikiblər”.
 
Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

Ə.Hüseynov hesab edir ki, deyilən ərazilərdə maşın duracaqları (parkinq binaları) tikilərsə də, bunun faydası olmayacaq. “Siz orada yarımca saat dayanın və diqqətlə baxın. Orada parkinq narahatlığı yaradanlar müştəri gözləyən taksilərdir. Onlara içəridə pul da paylasan həmin binalara girib maşınlarını orada saxlamayacaqlar. Həmin yerlərdə duracaq müştəriləri yoxdur, ona görə də orada belə binaların fayda verəcəyini düşünmürəm. Bir yol da budur ki, burada ancaq birinci cərgədə maşın saxlamağa icazə verilməlidir. İkinci və daha sonrakı cərgələrdə dayananlar qəti və sərt şəkildə cəzalandırılmalıdır. Bunu heç kim etmir”.
 
Paytaxt sürücülərinin böyük iztirabı – “20 Yanvar” dairəsi: Yol ötürücü qovşaq sökülüb yenidən tikilməlidir? - REPORTAJ

Vəziyyət çıxış yollarına dair sair varianlara da toxunan ekspert düşünür ki, buradakı tıxac yükünü azaltmaq üçün Bakıya girişdə ərazinin alternativ küçələri ilə işləmək lazımdır.“Məsələn, Alatavanın üstündə bir küçə var, İTV-nin arxası ilə keçir. Həmin küçə kolxoz  tarlasına oxşayır. Küçəni normal küçə etsələr, həmin ərazinin yükünün bir hissəsini bu küçə vasitəsilə götürə bilərlər. Sonra Şamaxinkada mikrorayonlar istiqamətinə dönüş var və oradan gəlib çıxırlar 3-cü mikrorayon dairəsinə. Orada hərəkəti elə nizamlamaq olar ki, müəyyən nəqliyyat axını 20 Yanvar dairəsinə girmədən də keçib gedə bilər. Bax, belə üsullarla qovşaqdakı hərəkət gərginliyini aradan qaldırmaq olar. Gərək xəritəni qoyasan qarşına, baxasan və müxtəlif üsullar və yollar tapasan. Ən çətini qovşağı yenidən tikməkdir. Bu külli miqdarda pul və uzun zaman tələb edir. Amma deyilən sadə üsullarla nəsə irəliləyişlər etmək olar. Həmçinin burada hərəkət sxemini yenidən təşkil etmək olar; ümumiyyətlə ərazidəki dairəni ləğv edib orada müxtəlif istiqamətlərdə işıqforlar qoymaqla da hərəkəti tənzimləmək olar. Xəritə əsasında hansı istiqamətdən müəyyən anda neçə maşının gəlib keçdiyini saymaqla bu məsələləri bu yolla da həll etmək olar”.
 
Göründüyü kimi, 20 Yanvar dairəsində tıxacın qarşısını almaq mümkündür. Lakin bu barədə ciddi təhlil və araşdırmalar aparmaqla buna nail olmaq olar. deyerler /