Payız fəslində ideal səhər yeməyi

Soyuqların və yağışların başlaması ilə orqanizmin tələbatları da dəyişir, buna görə qida rasionumuzda dəyişməlidir.
Maide.az-ın məlumatına görə, alimlər bu nəticəyə gəliblər ki, payız aylarında səhər yeməyinə yumurta daxil olmalıdır.
Səhər yeməyi yeməmək və ya səhərlər tərkibində yüksək karbohidratlar olan qidalar qəbul etmək gün ərzində insana aclıq hissi verir. Bu isə çox sayda kalorinin qabuluna səbəb olur. Yüksək karbohidratlı səhər yeməyi qəbul etdikdə günorta artıq qanda şəkərin azalması müşahidə olunur. Təəccüblü deyil ki, qanda şəkərin miqdarını tənzimləmək üçün orqanizm yenidən korbohidratlar tələb edir.

Lakin səhər yeməyinə yumurta daxil etdikdə tam başqa vəziyyət alınır. Payız fəslində ən ideal səhər yeməyi məhz qayğanaqdır, mövsüm tərəvəzləri ilə omlet yemək bütün ailə üçün çox faydalı ola bilər. Yumurta orqanizmi proteinlər və vitaminlərlə, tərəvəzlər isə bağırsaqları lazım olan vitamin və minerallalrla təmin edir.
Mütəxəssislər bildirirlər ki, səhər vaxtı yumurta yedikdə aclıq hissi gec oyanır,yumurta beynin iştah funkasiyasına cavab verən hissəsinə müsbət təsir bağışlayır. Artıq sübut olunub ki, yumurta düşüncə qabiliyyətini yaxşılaşdırır. //