Peşmərgə komandiri: Qasim Süleymani bizim iftixar mənbəyimizdir

İraq Kürdüstan bölgəsi peşmerge qüvvələrinin komandiri Şeyx Cəfər Şeyx Mustafa kürdlərin Qüds Ordusu qüvvələrinin komandiri general Qasim Süleymaninin yardımları ilə fəxr etdiklərini vurğulayaraq, "İran hər vaxt kürdlərin dostu və qədim müttəfiqi olmuşdur və olacaq", - deyib.
 
Maide.az xəbər verir ki, Şeyx Mustafa açıqlamasında belə deyib: "İŞİD-ə qarşı kürdlərə kömək edən hər kəsə təşəkkür edirik. General Süleymani də bu döyüşdə bizlərə kömək etdi. Kürdlər ona minnətdardır və bizə kömək edən digər kəslərə də həmçinin. Bizlər bu yardımlarla iftixar duyuruq. Terroristlərin məhv olma tarixi bitmək üzrədir. Onlar bütün cəbhələrdə məğlubiyyətə uğradılar və çoxdandır irəliləyiş edə bilməyiblər. Hazırda sadəcə müdafiə olunurlar."