ABŞ Müdafiə Nazirliyi (Pentaqon – Red) amerikalıların təxliyəsinə kömək etmək üçün Kabilə əlavə 1 000 əsgər göndərilməsi barədə göstəriş verib.
Maide.Az “Report” a istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən “Reuters” məlumat yayıb.
Bununla da, Əfqanıstanda olan ABŞ hərbçilərinin ümumi sayı 6 minə çatacaq.
Qeyd edək ki, ABŞ və Fransanın Əfqanıstandakı səfirləri diplomatik korpusların yerləşdiyi binalardan təxliyə edilərək Kabildəki hava limanına gətiriliblər.