Dekabrın 8-də Polşada "İslam və xristianlıq arasında dialoq" adlı seminar keçirilir.
Maide.az-ın məlumatına görə, Təhsil sahəsinə həsr olunmuş seminar Qum şəhəri Əl- Mürtəza Universiteti və Polşa Vrotslav Universiteti nümayəndələrinin iştirakı ilə baş tutub.
5 gün davam edəcək seminarda hər iki universitetdən tələbə və alimlər iştirak edir.
Məlumata görə, tədbir Əl-Mürtəza Universitetinin rektoru Əhməd Zədhuşun çıxışı ilə başlayıb.
Polşanın Vrotslav Universiteti təhsil və elm sahəsində 311 illik təcrübəyə sahibdir.
Hal hazırda universitetdə 36 000 tələbə təhsil alır, 11 fakultə və iki mindən artıq elmi şura üzvü var. /