Polis vətəndaş qarşıdurması - Qaradağda

Bakının Qaradağ rayonunda kütləvi dava baş verib. 
 
Hadisə oktyabrın 23-də saat 23:30 radələrində, Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Xəzri sadlıq evinin qarşısında baş verib.
 
Belə ki, Qobustan qəsəbə sakinləri 1960-cı il təvəllüdlü Azər Arif oğlu Veysəlov, oğlu 1988-ci il təvəllüdlü Nacif və digər 2-3 nəfər şəxs xuliqanlıq zəminində biri-birlərini döyüblər.
 
Həmin vaxt hadisə yerinə gələn 38-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1981-ci il təvəllüdlü Zahir Qətilağa oğlu Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları 1988-ci il təvəllüdlü Anar Elşad oğlu Azayev, 1993-cü il təvəllüdlü Sahil Şümşət oğlu Süleymanlı və 1987-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Abbasov həmin şəxsləri nizam-intizama dəvət ediblər.
 
Lakin onlar polis əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayaraq müqavimət göstəriblər. Nəticədə Ramin Abbasovun geyim formasını qismən cırıblar. Material rayon prokurorluğuna göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.