Putin Rusiyanı ayıya bənzətdi- YENİLƏNİB

Moskvanın Beynəlxalq Ticarət Mərkəzində dünyanın müxətlif ölkələrindən olan 1800 jurnalist qarşısında ənənəvi mətbuat konfransı keçirən prezident Vladimir Putin ölkəsinu hazırki durumda ayı ilə müqayisə edib. Putin bununla Qərb ölkələrini hədəfə alıb: 

“Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər”.

Putin deyib ki, Rusiyanın indiki iqtisadi böhrandan çıxmaq üçün ən pis halda 2 il vaxt lazım olacaq. “Uzağı 2 ilə Rusiyadakı böhran aradan qalxacaq. Amma bundan əvvəl də baş verə bilər”. 

Prezident Rusiyanın indiki duruma düşməsini xarici amillərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya ya müstəqil iqtisadiyyat yaratmalı, ya da məhv olmalıdır.

“Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil. Bunlar Rusiyaya qarşı Berlin divarından sonra davam edən məkrli planlardır”-deyə Putin Qərbə qarşı hikkəsini nümayiş etdirib

****

Rusiya Ukrayna böhranının mümkün qədər tez bir zamanda siyasi yollarla həll edilməsinin tərəfdarıdır. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Ukrayna Prezidenti Petro Poroşenko Ukraynadakı vəziyyəti nizamlamaq istəyir: "Lakin o, orada tək deyil - bir çox digər vəzifəli şəxs hərbi ruhda çıxış edir".

V.Putin qeyd edib ki, Rusiya hazırda humanitar karvanlar göndərdiyi Donbasa köməyi davam etdirəcək.