Qəzzədə dərman çatışmazlığı böhranı

 

Qəzzə xəstəxanalarında müxtəlif dərman preparatları bitmək üzrədir. Xəstələrin müalicəsi üçün ehtiyac duyulan dərman preparatları çatışmamazlığından Qəzzədə hər an böyük fəlakət yaşana bilər.

əl-Məyadinin məlumatına görə, Qəzzədə dərman və tibbi avadanlıq çatışmazlığı bəzi vaxtlar xəstələrin müalicəsini çətinləşdirir.

Fələstin Səhiyyə Nazirliyinin dərman preparatları anbarları boşalıb. . Qəzzə İsrailin son hücumundan öncə də dərman sahəsində çoxlu sanksiyalar və çatışmazlıqlarla üzləşmişdi. Hazırda isə Qəzzədə dərman çatışmazlığı böhran həddə çatıb.

Bu problemlərlə yanaşı Işğalçı İsrail ordusunun hər an xəstəxanaları bombalaması Qəzzədə çalışan həkim briqadaların işini daha da çətinləşdirir.

Qeyd edək ki, Sionst rejimin məzlum Qəzzə xalqına qarşı vəhşi hücumları nəticəsində indiyədək 344 fələstinli şəhid və 2560 fələstinli isə yaralanıb.