Qətərin nəqliyyat naziri Azərbaycana gələcək

Azərbaycanın Qətərdəki səfirliyi bu ölkənin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaiti ilə görüşüb.

Görüş zamanı nazir Cassim Saif Əhməd Al-Sulaitiyə Azərbaycanın nəqliyyat infrastrukturu barədə məlumat verilib.

Cassim Saif Əhməd Al-Sulaiti Qətər Dövlətinin Baş naziri ilə keçirdiyi görüşdə Azərbaycanın da əməkdaşlıq üçün prioritet ölkələr sırasına daxil edilməsinin tövsiyə olunduğunu bildirib.

O, qarşılıqlı sərmayə imkanları, biznes dairələrinin əməkdaşlığı və təcrübə mübadiləsinin aparılması məqsədilə yaxın gələcəkdə ölkəmizə səfər etmək niyyətində olduğunu deyib. islamazeri/