Qahirədə Səudiyyə rejimi səfirliyi önündə anti-müharibə aksiyası

Misirlilər Səudiyyə Ərəbistanın Qahirədəki səfirliyi önündə aksiya keçirib. Onlar səudiyyəlilərin Yəmənə hərbi təcavüzünü pisləyiblər.
Maide.az xəbər verir ki,aksiya iştirakçıları plakatlar daşıyaraq, Ərəbistan kralını Amerikanın muzduru adlandırıb. Etirazçılar Yəmənə qarşı imperialist müharibəyə son qoyulmasını istəyiblər.
Misirli aksiyaçılar habelə Ərəbistanın Qahirədəki səfirini Misir xalqının düşməni adlandırıb və ondan istəyiblər ki, Misirdən çıxıb getsin.
Misir prezidenti general Əbdülfəttah Əlsisi Ərəbistanın Yəmənə qarşı hücumuna dəstək verib. 
Misirin hərbi məsləhətçiləri və nəşriyyatları Yəmənə hərbi təcavüzdə Səudiyyə Ərəbistanı müşayiət etməsi haqda Misir prezidentinə xəbərdarlıq ediblər./