Qaradərili gənci güllələyən polis istefaya çıxıb

Ferguson şəhərində qaradərili gənci güllələyərək öldürən polis əməkdaşı Darren Wilson istefaya çıxıb. Bu barədə onun vəkili Neil Bruntrager bildirir. Avqust ayında 18 yaşlı Michael Brown-un ölümü ilə nəticələnmiş insidentdən sonra polis əməkdaşı vəzifəsinin icrasından kənarlaşdırılıb.
 
Maide.az xəbər verir ki, ötən həftə Wilsonun işinə xitam verən məhkəmə hökmündən sonra Fergusonda başlayan qarışıqlıqlar ölkə böyunca bir neçə şəhərə yayılıb.
 
Aksiyalarda iştirak edən hər iki irqə mənsub olan Amerika vətəndaşları məhkəmənin ədalətsiz hökmünü pisləyən şüarlar səsləndirirlər. Amma buna baxmayaraq, hökümət qüvvələri vətəndaşların dinc aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə edərək, vəziyyəti dramatikləşdirirlər. İndiyə kimi aksiyalarda 600-ə yaxın qaradərili həbs olunub.