Qaradağ rayonu icra hakimiyyətinin sürücüsü özünü yandırdı

Gecə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində sərxoş kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə qəsəbənin 20 yanvar küçəsi, ev 30 ünvanında qeydə alınıb.
 
Qaradağ rayonu icra hakimiyyətində təsərrüfat işləri üzrə sürücü işləyən 37 yaşlı Qüdrət Mahmudov evə içkili gələrək həyat yoldaşı Cəmalə Mahmudova ilə mübahisə etməyə başlayıb. Daha sonra içkinin təsirindən özündə olmayan Mahmudov yanacağı üstünə tökərək özünü yandırıb.
 
Səs-küyə gələn qonşular çətinlikə olsa da, Qüdrət Mahmudovun üstünə su tökməklə alovu söndürə biliblər. Yaralı ağır vəziyyətdə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti qeyri-kafidir.
 
Hadisənin təfərrüatlarını isə Qaradağ rayon prokrorluğunun və polis idarəsinin istintaqçıları araşdırır. Bu məqsədlə əməliyyat-istintaq bədbəxt hadisənin baş verdiyi ünvana da baş çəkib. İlkin araşdırmalar nəticəsində hadisənin ailə-məişət zəmnində baş verdiyi ehtimal olunur.  anspress /