Qaxda ağır qəza olub, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
“Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
 
Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı "Mercedes"markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099" markalı avtomobili arxadan vurub.
 
Nəticədə "VAZ"da olan sürücünün anası, 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.