Qayıdış yürüşlərində indiyədək 324 nəfər şəhid olub

Fələstinin İnsan Hüquqları Mərkəzi keçən bir il ərzində Qəzzada keçirilən "Qayıdış yürüşləri"ndə yaralanan və şəhid olan Fələstinlilərin sayını açıqlayıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, hesabatında deyilir: "Qayıdış yürüşləri" başlanan gündən indiyədək bu yürüşlərdə 324 nəfər fələstinli şəhid edilib, 18085 nəfər isə yaralanın.
 
Yaralananların 813 nəfəri qadın və 4483 nəfəri uşaqdır.
 
Hesabata görə, şəhid olan 324 fələstinlinin arasında 2 qadın, 9 əlil, 46 uşaq, 2 juranlist və 4 təcili tibb yardım əməkdaşı var.
 
Fələstinin İnsan Hüquqları Mərkəzi bildirib ki, sionist rejimi şəhid olan 3 uşağın və digər 16 nəfərin cəsədini ailəsinə təhvil verməyib.
 
Qeyd edək ki, Qəzzəlilər 2018-ci ilin Mart ayının 30-dan "Böyük Qayıdış Yürüşü" fəaliyyətləri çərçivəsində Qəzza zolağı sərhədində aksiyalarını davam etdirir.
 
Qəzza zolağının beş vilayətinin şərq bölgələrində sərhədə yaxın məntəqələrdə yaradılan dönüş düşərgələrində toplaşan fələstinlilər dinc bir şəkildə aksiya keçirir. İşğalçı qüvvələr də silahsız nümayişçilərin üzərinə atəş açmağa davam edir.