Qırğızıstan prezidenti Azərbaycana gəlir

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev aprelin sonlarında Azərbaycana səfər etməyi planlaşdırır.
 
Bu barədə Report diplomatik mənbələrə istinadən xəbər verir. 
 
Səfər zamanı A.Atambayevin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri gözlənilir. Görüşlərdə Azərbaycan və Qırğız respublikaları arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə olunacağı nəzərdə tutulub. /