Qurani-Kərimdə möminlərin bir sıra fərdi və ictimai xüsusiyyətlərindən söz açılır ki, biz burada onlardan bəzilərinə toxunmaqla kifayətlənirik:
FƏRDİ XÜSUSİYYƏTLƏR
1. Möminlər Allaha təvəkkül edərlər;[1]
2. Allahı yad edərkən qəlbləri titrəyər;[2]
3. Vacib əməlləri (xüsusilə namazı) vaxtlı-vaxtında yerinə yetirərlər;[3]
4. İffətli olar və zinadan qorunarlar;[4]
5. Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha bağlı olar və Onun dərgahında kiçilərlər;[5]
6. Yersiz və lüzumsuz işlərdən uzaq olarlar;[6]
7. İlahi ayələri eşidərkən imanları artar.[7]
İCTİMAİ XÜSUSİYYƏTLƏR
1. Başqalarını yaxşı işlərə dəvət və çirkin işlərdən çəkindirərlər;
2. Başqalarının maddi ehtiyaclarını təmin edərlər;
3. Mömin qardaşlarla dostluq edərlər;[8]
4. Camaatla təmkin və təvazökarlıqla davranarlar;[9]
5. Xeyirxah işlərdə hamıdan irəli keçərlər;[10]
6. Kafirlərdən uzaq olarlar;[11]
7. Əmanətə sadiq qalmağa səy göstərərlər;[12]
8. Əhd-peymana vəfalı olarlar;[13]
9. Allahın Rəsuluna itaət edərlər.[14]
İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:
1. Çətinlik zamanı dözümlü və təmkinli olar;
2. Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir edər;
3. Ruzisi geniş olarkən Allaha şükür edər;
4. Allahın əta etdiyi ruziyə razı və qane olar;
5. Düşmənlərə belə zülm və təcavüz etməz;
6. Öz yükünü dostlarının üzərinə atmaz və yaxud dostluq xatirinə onların günahlarını öhdəsinə götürməz;
7. Vücudu Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər;
8. Camaat onun əlindən əmin-amanlıqda olar.
O həzrət rəvayətin sonunda buyurur: “Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri yolgöstərən və məsləhətçi, əqli əməllərə əmr edən, rəftarı gücü və qardaşı, yaxşılığı mehriban və qayğıkeş atasıdır.”[15]
Bir sözlə, həqiqi mömin sonsuz aləmə bənzəyir.[16]
Rza Şükürlü (Maide.az)
[1]. “Ənfal” surəsi, ayə 2.
[2]. “Ənfal” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 51.
[3]. “Muminun” surəsi, ayə 9.
[4]. “Muminun” surəsi, ayə 5.
[5]. “Muminun” surəsi, ayə 2.
[6]. “Muminun” surəsi, ayə 3.
[7]. “Ənfal” surəsi, ayə 2.
[8]. “Tövbə” surəsi, ayə 71.
[9]. “Fürqan” surəsi, ayə 63.
[10]. “Muminun” surəsi, ayə 59.
[11]. “Mücadilə” surəsi, ayə 22.
[12]. “Muminun” surəsi, ayə 8.
[13]. “Muminun” surəsi, ayə 8.
[14]. “Ənfal” surəsi, ayə 1.
[15]. “Səfinətül-bihar”, 1-ci cild, səh.37.
[16] Möminlərin xüsusiyyətləri haqda əlavə məlumat əldə etmək istəyənlər “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinə müraciət edə bilərlər.