Səccad adlı bir şəxs altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib söylədi: Rəcəb ayı üçün mənə bir dua öyrədin ki, onu oxumaqla Allah Taala mənə xeyir və mənfəət yetirsin.
Həzrət İmam Sadiq (ə) buyurdu: Rəcəb ayında hər gün vacib gündəlik namazlardan sonra bu duanı oxu.
DUANIN LATIN ƏLIFBASI ILƏ ƏRƏBCƏ OXUNUŞU:
Ya mən ərcuhu likulli xəyr və amənu səxətəhu ində kulli şərr,
Ya mən yu'til-kəsirə bil-qəlil,
Ya mən yu'ti mən səələhu,
Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh,
Ə'tini bi-məsələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh,
Vəsrif ənni bi-məsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh,
Fə-innəhu ğəyru mənqusin ma ə'təytə və zidni min fəzlikə ya Kərim.
Bu məqamda qadınlar saçlarından, kişilər isə saqqallarından sol əllə (işarə mənasında) tutaraq, sağ əlin şəhadət barmağını sağa-sola tərpədib, oxuyur:
Ya zəl-cəlali vəl-ikram,
Ya zən-nə’mai vəl-cud,
Ya zəl-mənni vət-təvli,
Hərrim şəybəti ələn-nar.