Rəsmi: İraq müqavimət qüvvələri ABŞ-ın İraqdakı səfirliyinə hücum etməyib

Ötən gün  Bağdadda ABŞ səfirliyinə bomba atılmasını  İraq müqavimət qüvvələri həyata keçirməyib.  
 
Maide.Az “hawzahnews”a istinadla xəbər verir ki, bunu İraqın "Əsaibi Əhli-Haqq" hərəkatının sözçüsü Cavad Ət-Təlbavi  deyib. 
 
“Bir daha təkidlə bildiririk ki,  ABŞ səfirliyinə qarşı edilən son hücumlar İraq müqavimət qüvvələrinin işi deyil.  Çünki  müqavimət qüvvələri öncədən də elan edib ki, heç vaxt diplomatik  mərkəzlər və səfiliklər əleyhinə hücumlar həyata keçirməyəcək”. 
 
O həmçinin bildirib ki,  ABŞ səfirliyinin bombalanmasında istifadə olunan raketlər, müqavimət qüvvələrinin uzun illərdir istifadə etmədəyi raketlərdir.  “Öncədən də bildirmişik ki,  Hacı Mehdi Əl-Mühəndisin terror edilməsinə bizim cavabımız İran İslam Respublikasının  general Süleymaninin terroruna verdiyi cavabdan az olmayacaq”. 
 
Qeyd edək ki, ötən gün İraqın paytaxtı Bağdad şəhərinin səfirliklər və nazirliklərin yerləşdiyi Yaşıl bölgə ərazisində 5 raket atılıb.
 
Məlumata əsasən, atılan raketlər ABŞ-ın İraqdakı səfirliyi yaxınlığında partlayıb. Raket zərbələri səbəbilə səfirlik ərazisində həyacan siqnalı verilərək, ingilis dilində pəncərələrə yaxınlaşmamaq və sığınacaq tapmaq xəbərdarlığı edilib. Digər məlumata əsasən, raket zərbələri nəticəsində azı 1 nəfər yaralanıb. ABŞ Dövlət Departamentinin İraq hökumətindən səfirlikləri mühafizə etmə öhdəliklərini yerinə yetiməsini tələb etdiyi qeyd edilir.