Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü (noyabar ayının 3-ü) İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.
Maide.Az xəbər verir ki, həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:
1. Qüsl etmək;
2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.
3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);
5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.
6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.
Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.
Maide.Az