Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iki gün iş günü olmayacaq
Azərbaycan Nazirlər Kabinetindən verilən məlumata görə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, 2014-cü ildə 28, 29 iyul Ramazan bayramı qeyd ediləcək.
Qeyd edək ki, iyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf edir.