İranda təyyarə qəzası baş verib

Iran polisin 4 yüksək rütbəli polis zabiti həlak olub

İranda təyyarə qəzası baş verib, 7 nəfər ölüb. Ölənlərdən 4-ü  İranın yüksək rütbəli polis zabitləridir.
 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Onlar təyyarə ilə Tehrandan ölkənin cənub-qərbinə Zahidan şəhərinə gedərkən yerli vaxtla saat 19:20 dəqiqədə radardan itib. Ötən gündən axtarışlar davam edib bu gün səhər təyyarənin qəzaya uğradığı və hər 7 sərnişin həlak olduğu məlum olub. 
Təyyarədə həlak olanlardan 2-si İran Polis rəisinin müavini general Sadiqi və general Dudgərdir. Digər Polis komandirləri  general Xorsəndniya, baş leytnant Tului olublar.Həlak olanlardan 3 nəfər isə pilot, pilot yardımçısı və təyyarənin texniki mühəndisidir.  Onlar bir neçə gün öncə Sistan və Bəluçistan əyalətinin Saravan şəhərində silahlı yaraqlıların Polisə hücumlarını araşdırmağa gedirdilər. /