İranda zəlzələ baş verib, 4 nəfər yaralanıb

 İranın İlam əyalətinin Mormuri şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
 
Maide.az-ın məlumatına görə,  yeraltı təkanlar yerli vaxtla saat 17:05-də baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində 4 nəfər yaralanıb. Əhali küçələrdə məskunlaşıb. İranın Qırmızı Aypara cəmiyyəti əhaliyə yardım etmək məqsədi ilə bölgəyə göndərilib. 
Məlumata əsasən, həmin zəlzələdən sonra 4,3 və 3,4 bal gücündə  daha iki zəlzələ baş verib. /