İran dondurulmuş aktivlərindən daha 1 mlrd dolları geri alıb

 İran Mərkəzi Bankı “altılıq” ölkələri ilə əldə olunmuş razılaşma çərçivəsində dondurulmuş vəsaitlərindən Yaponiyadan 1 mlrd dolları geri alıb.
 
APA-nın “İRNA”ya istinadən verdiyi xəbərə görə, Yaponiya əvvəl İrandan əldə etdiyi neftə görə vəsaitləri İran Mərkəzi Bankının Omandakı bölməsinə iki tranşla köçürüb. İranın dondurulmuş aktivlərindən yaxın 4 ay ərzində, ümumilikdə,  2,8 mlrd dolları Tehrana qaytarılacaq. Bundan əvvəl İran dondurulmuş aktivlərindən 4,2 mlrd dolları geri alıb.
 
Qeyd edək ki, İranın dondurulmuş aktivlərinin geri qaytarılması prosesi Tehranın 20% zənginləşdirilmiş uran ehtiyatının aradan qaldırması müqabilində həyata keçirilir.