İran Kəşfiyyat Nazirliyi sərhədlərdən kənarda apardığı kəşfiyyat əməliyyat tədbirləri nəticəsində ölkənin qərb sərhədlərindəki girişlərdə Mossada bağlı cəsus şəbəkəsi və onlara məxsus silah-sursat yükü ələ keçirib.
Bu barədə "İSNA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ələ keçirilən silah-sursat ölkə daxilində həyata keçiriləcək iğtişaşlarda və bəzi şəxslərə terror edilməsində istifadə məqsədilə ölkəyə gətirilib. /eastnews.org/